ArtsaxBaşlıca

Kanada-Artsax Parlamentlərarası Dostluq qrupunun rəhbəri AR Prezidentini təbrik edib

Kanada-Artsax Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Kanada Parlamentinin üzvü Reyçel Harder Artsax Respublikasının Prezidenti Arayik Harutyunyana təbrik məktubunu  göndərib

Məktubda deyilir:

“Hörmətli cənab Harutyunyan,

Sizi və Artsax xalqını  martın 31-də keçirilən uğurlu  seçkilərdə və  aprelin 14-də keçirilən  Prezident seçkilərinin ikinci  mərhələsinin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Regional siyasi və iqtisadi çətinliklər qarşısında belə, Artsaxın demokratik inkişafda irəliləyişin davam etməsi olduqca  ruhlandırıcıdır.

Artsax Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etmək istərdim. Rəqabətli seçkilərdə qətiyyətli qələbəniz, həmyerlilərinizdən Artsaxın suveren, demokratik və iqtisadi cəhətdən çiçəklənən bir respublika kimi münaqişədən sonrakı inkişafını davam etdirmək üçün güclü bir mandat aldığınız deməkdir. Sizin fəxr etmək üçün bir çox imkanınız var.

Siz,Artsaxın müxtəlif regional siyasi və iqtisadi çətinliklərlə üzləşdiyi bir vaxtda məsuliyyəti öz üzərinizə götürürsünüz. Kanada-Artsax Parlamentlərarası Dostluq qrupunun rəhbəri olaraq Sizi əmin edirəm ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlılığı artırmaqda və Artsax Respublikasının suveren istəklərini dəstəkləməkdə olan səylərimizi davam edəcəyik.

Sizə və kollektivinizə bu vacib missiyada uğurlar və Artsax xalqının rifahı naminə səmərəli, məhsuldar  xidmət diləyirəm”.

Mətn “Artsaxpres”-ə məxsusdur.

Daha çox göstər
Back to top button