BaşlıcaSiyasət

Baş nazir müavininin idarəsi: “Voskepar kilsəsi Ermənistan ərazisində qalacaq”

Ermənistan Baş nazirinin müavini, Azərbaycanla sərhədin demarkasiyası üzrə komissiyanın sədri Mher Qriqoryanın idarəsi Tavuş vilayətinin Voskepar kəndində yerləşən 6-7-ci əsrlərə aid olan Surb Maryam kilsəsinin güya Azərbaycana  təhvil veriləcəyi barədə şaiələri təkzib edib.

Mher Qriqoryanın idarəsində jurnalisti əmin ediblər ki, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına dair razılaşmalar həyata keçirildikdən sonra Voskeparda olan  kilsə Ermənistan ərazisində qalacaq.

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına dair razılaşmaya görə, aprelin 22-də Tavuşun bir neçə yaşayış məntəqəsinin sakinləri etiraz aksiyasını Voskepar kilsəsi yaxınlığında davam etdiriblər, onların sözlərinə görə, ərazini Azərbaycana təhvil vermək üçün minalardan təmizləmə işləri aparılır.

 Bu kontekstdə demarkasiyadan sonra Voskeparda olan  kilsəsinin Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Daha çox göstər
Back to top button