
İranın ordusu ölkənin Şimal-qərb sərhədləri yaxınlığında Qarabağ münaqişəsi zonasında gərginliyin artmasını yaxından izləyir. Bu haqda Tasnim-ə əsasən İranın Şimal-qərbindəki Hava hücumundan müdafiə qüvvələrinin komandanı Tuğgeneral Abbas Əzimi deyib.
İran Silahlı qüvvələri tam hazırdır və gərginliyin azaldılması əlamətləri olmadığı üçün sərhəd yaxınlığındakı bütün hərəkətləri diqqətlə izləyirlər.
“Ordu, BQXK və İran İslam Respublikasının sərhəd xidməti ölkə sərhədləri üçün ən kiçik təhlükəyə qətiyyətlə cavab verməyə hazırdır” deyərək o qeyd edib.







