Beynəlxalq

Belçika Parlamenti Artsax ilə diplomatik münasibətlər məsələsini müzakirə edəcək

“SputnikArmeniya”nın verdiyi məlumata görə,Belçika parlamenti Artsaxla diplomatik əlaqələrin qurulması məsələsini müzakirə edəcəkdir.

Deputat Peter de Rover tərəfindən təqdim olunan qətnamə layihəsi noyabrın  18-də Nümayəndələr Palatasına (Belçika Parlamentinin aşağı palatası) təqdim edildi və noyabrın 30-da Parlamentin Xarici işlər komitəsində müzakirə ediləcək.

Layihə Belçika hökumətini DQR ilə (layihənin mətnində Artsax Respublikası adlandırılır) dostluq əlaqələri qurmağa, habelə həmin respublikanın liderlərinə diplomatik əlaqələr qurmaq üçün xoş niyyət göstərməyə çağırır.

Layihə, Belçika hökumətini, Artsax rəhbərliyi tərəfindən müsbət bir mövqe olması halında, Artsaxın Belçikada diplomatik nümayəndəliyinin yaradılması üçün danışıqlara başlamağa çağırır.

Digər tanınmamış dövlətlərin nümayəndəlikləri ilə müqayisə edilə bilən diplomatik statusa sahib olmalıdır.

Daha çox göstər
Back to top button