ArtsaxBaşlıcaMədəniyyət

Müqəddəs Eçmiadzin Azərbaycanın törətdiyi mədəni soyqırımı pisləyir

Müqəddəs Eçmiadzin Azərbaycan hakimiyyəti tərəfindən Şuşinin Qazançetsots kilsəsinin dini simvolların götürülməsi və günbəzin sökülməsini pisləyir:

“Müqəddəs Eçmiadzin təəssüflə qeyd edir ki, 2-ci Artsax müharibəsi ərzində və müharibədən sonrakı dövrdə, Azərbaycanın erməni mədəni irsinə qarşı həyata keçirdiyi barbar hərəkətlərini dayandırılmadı.

Bu gün nisbi sülh şəraitində tarixi torpağımız olan Artsaxda erməni kimliyin izlərini və sübutlarını aradan qaldırmaq məqsədi ilə erməni müqəddəs yerləri hədəfə çəvirilib. Azərbaycanın nəzarəti altında olan ərazilərdə artıq ziyarətgahlar dağıdılıb, monastırlar və kilsələr təhqir edilib, tarixi mənsubiyyətlərini təsdiqləyən yazılar silinib, xaçdaşlar və ata-baba məzarları təhqir olunub. Tarixi təhrif edərək, saxtalaşdıraraq həmin ərazilərdəki 150 erməni müqəddəs yerini mənimsəməyə, dünyanı udilərin dini mirası kimi təqdim etməyə çalışılır. Bir neçə gün əvvəl məlum oldu ki, bərpa işləri adı altında Şuşidəki Qazançetsots kilsəsinin simvolları götürülüb və günbəz endirilib”.

Müqəddəs Eçmiadzin Azərbaycan hakimiyyətinin törətdiyi mədəni soyqırımı pisləyir.

Qeyd olunub ki, bu siyasət bölgədə sabitliyin və sülhün bərpasına heç bir şəkildə kömək edə bilməz və Erməni Apostol Müqəddəs Kilsəsi, erməni xalqının hüquqlarını pozan bu hadisələri dayandırmaq üçün beynəlxalq ictimaiyyət və müvafiq strukturlar qarşısında bu məsələləri qaldırmağa davam etməlidir.

Daha çox göstər
Back to top button