
Erməni qrossmeyster Hayk Martirosyan FİDE Dünya Kubokunun 1/32 finalında Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarovu məğlub edib: Martirosyan 29-cu addımla Məmmədyarovu təslim olmağa məcbur edib.
Martirsoyan Soçidə keçirilən Dünya Kubokunda Ermənistanın kişi komandasının yeganə nümayəndəsidir. Martiroyan əvvəlki turda Türkiyə qrossmeysteri Yılmaz Mustafa ilə heç-heçə oynayıb.
Xatırladaq ki, qadın turnirində mübarizədə yalnız Elina Danielyan qalıb. O 3-cü turun oyununda Qazaxıstan təmsilçisi Dinara Sadvokasova ilə yarışır.