ArtsaxBaşlıca

108 Artsax məktəbində İlk zəng çalındı

Bu gün, sentyabrın 1 -də, Artsaxın 108 məktəbində İlk zəng çalındı. Bu barədə “Artsakhpress”ə Artsax Respublikası təhsil, elm, mədəniyyət nazirinin müavini Mikayel Hambardzumyan məlumat verib.

“2021-2022-ci tədris ilinin dərsləri sentyabrın 1-dən başlayacaq. Ümumilikdə, ölkə məktəblərində 19 min şagird təhsil alacaq, onlardan 1907 uşaq birinci sinfə gedəcək. Tədris prosesi Stepanakertin birinci, ikinci, üçüncü, yeddinci və onuncu məktəblərində iki növbədə təşkil olunacaq”- deyə Mikayel Hambardzumyan bildirib.

Nazir müavininin sözlərinə görə, müharibə nəticəsində didərgin düşmüş şagirdlərin təhsil prosesinin təşkili ilə bağlı problemlər həll edilib.

“Məktəblərin sərbəst seçim imkanı ilə şagirdlərin bir hissəsi Stepanakertdə, digər hissəsi  rayon mərkəzlərində, kənd icmalarındakı məktəblərdə təhsil alacaq” deyə Mikayel hambardzumyan qeyd edib.

Daha çox göstər
Back to top button