BaşlıcaSiyasət

Xavier Kolomina NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib

İspaniyalı diplomat Xavyer Kolomina NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu barədə İspaniyanın NATO-dakı missiyasının tviter bloqunda məlumat yayılıb.

Xavier Kolomina eyni zamanda NATO baş katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisi vəzifəsində çalışacaq.

Qeyd edək ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi kanadalı jurnalist Ceyms Apaturay idi.

Daha çox göstər
Back to top button