Londonda Erməni Festivalı açıldı

Sentyabrın 5-də Ermənistanın İngiltərədəki səfiri Varujan Nersesyan Böyük Britaniya və İrlandiyada Erməni Yeparxiyası Komitəsinin təşkil etdiyi ənənəvi Erməni Yay Festivalında iştirak etdi.
Tədbir ötən il Azərbaycanın Artsaxa qarşı başladığı 44 günlük müharibədə canlarını vətən uğrunda fəda edən ermənilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Səfir Nersesyan erməni mədəniyyətinin, tarixinin, incəsənətinin və mətbəxinin ən yaxşı ənənələrinin təqdim edildiyi bir tədbirin keçirilməsini tədqim edən bu cür festivalalrın keçirilməsinə əhəmiyyət verib.
O, həmçinin ikitərəfli əlaqələrin inkişafında və möhkəmlənməsində Britaniyadakı erməni icmasının mühüm rolunu vurğulayıb.
Tədbirdə İrlandiya Erməni Yeparxiyasının sədri Hovakim Manukyan, Lordlar Palatasının üzvü Baronessa Koks, Böyük Britaniya Parlamentinin üzvü Rupa Hook, “Barnabas” fondunun prezidenti Patrik Sukxdeo, Britaniyadakı Erməni İcma Şurasının sədri Armand Abramyan, Londonun İling Bölgəsinin meri də iştirak edib.







