ArtsaxBaşlıca

Rusiya sülhməramlıları Martunidə 180 hektar ərazindəki partlayıcı maddələri zərərsizləşdirib

Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, Rusiya sülhməramlıları Martunidə 180 hektardan çox ərazindəki partlayıcı maddələri zərərsizləşdirib

“Minalardan təmizləmə qrupu Kolxozaşen kəndi yaxınlığındakı ərazindəki partlayıcı maddələri zərərsizləşdirməyi başa çatdırıb. Ümumilikdə 20 hektardan çox ərazi təmizlənib və 12 partlayıcı maddə aşkar edilib”,- deyə Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi Sergey Xaritonov bildirib.

2,5 ay ərzində Maçkalaşen, Herhan, Herher, Kolxozaşen kəndlərinin 180 hektardan çox ərazisi minalardan təmizlənib. Kəndlər tərəflərin demarkasiya xəttinin yaxınlığında yerləşir.

 “Martuni bölgəsində ümumilikdə 183 hektar ərazi təmizlənib, 139 partlayıcı  maddə aşkar edilib və gələcəkdə məhv edilməsi üçün poliqona aparılıb”- deyə Xaritov qeyd edib.

Daha çox göstər
Back to top button