Başlıcaİctimaiyyət

Ermənistanda “Sputnik Light” peyvəndinin istehsalına başladı

Ermənistanda “Sputnik Light” peyvəndinin istehsalına başlayıb. Bizimxeber.az xəbər verir ki, bu barədə TASS ölkənin İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb .

Ermənistanda istehsal olunan peyvənd ilkin olaraq Ermənistan əhalisini koronavirusa qarşı peyvənd etmək üçün istifadə olunacaq.

Ermənistanda “Liqvor” dərman şirkətinin istehsal imkanları sayəsində peyvəndi uğurla istehsal etmək mümkün oldu.
RDIF, Liqvor əsasında Ermənistanda peyvənd istehsalı üçün texnoloji transfer prosesi təşkil edilib.

“Sputnik Light”ın təsdiqləmə partiyaları keyfiyyətə nəzarət üçün NF Gamaleya Araşdırma Mərkəzinə göndəriləcək. Bütün lazımi testlərdən sonra isə Ermənistan əhalisinin istifadəsinə veriləcək.

Daha çox göstər
Back to top button