ArtsaxBaşlıcaSiyasət

Artsax münaqişəsi həll olunmayıb: Armen Qrigoryan

Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə mümkün platforma ATƏT-in Minsk qrupudur.

“Bütün üç həmsədr bəyan ediblər ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar bərpa olunmalıdır. ATƏT-in Minsk Qrupu çərçivəsində ən vacin məsələ- status məsələsi müzakirə olunmalıdır.  Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb və status məsələsi öz həllini gözləyir. Bu həlli ATƏT -in Minsk qrupu çərçivəsində görürük”,- o deyib. 

Qrgigoryan bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ərazi mübahisəsi deyil, həmişə xalqların öz müqəddəratını təyin etmək məsələsi olub.

“Dağlıq Qarabağ münaqişəsi hər zaman xalqların öz müqəddəratını təyin etmə məsələsi olub və bu, xalqların öz müqəddəratını təyin etmək hüququ çərçivəsində həll edilməlidir”,- deyə Təhlükəsizlik Şurasının katibi vurğuladı.

Daha çox göstər
Back to top button