
Artsax Respublikasının dövlət naziri Artak Beglaryan Sputnik Armenia-ya müsahibədə müharibədən sonrakı dövrdə Artsaxdakı vəziyyətə, yenidənqurma məsələlərinə və respublikanın qarşısında duran prioritet problemlərə toxundu.
“Artsax hələ də yaralıdır, amma çox sürətlə sağalır, ciddi bir bərpa mərhələsinə qədəm qoyduq, çünki artıq birbaşa sosial dəstəkdən genişmiqyaslı iqtisadi inkişaf proqramlarına keçirik”,-Beglaryan qeyd etdi.
Onun fikrincə, ən vacib məsələ təhlükəsizlikdir, buna görə də Müdafiə Ordusu sürətlə yenidən qurulur və bərpa olunur.
Beglaryan onu da qeyd etdi ki, Rusiya sülhməramlılarının olması səbəbindən Artsaxın uzunmüddətli təhlükəsizlik zəmanətləri olacaq.
Onun sözlərinə görə, hazırda ən vacib məsələ Artsaxın statusu və müstəqilliyinin beynəlxalq səviyyədə tanınması məsələsidir
Beglaryan həmçinin bildirib ki, infrastrukturun bərpası üçün geniş işlər görülüb, kənd təsərrüfatı və enerji sahələrində böyük investisiya proqramları hazırlanıb, Stepanakertdə içməli su problemi həll edilib.
Dövlət nazirinin sözlərinə görə, Artsax xalqı bu çətin, qeyri-müəyyən şəraitdə belə vətənində yaşamağa hazırdır.







