
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana işgüzar səfərə gedib. Birgünlük səfər çərçivəsində İ.Qaribaşvili Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək. Hər iki ölkənin baş nazirlərinin sədrliyi altında baş tutacaq toplantıdan sonra əməkdaşlıq haqqında memorandumlar imzalanacaq. İ.Qaribaşvili həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
“Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın bərpası prosesinə töhfə vermək istəyir”. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.
Onun sözlərinə görə, ölkələr və onların liderləri arasında etimad varsa, bütün məsələlər buna uyğun həll olunur.
Baş nazir yaxın zamanlarda Ermənistana da səfər edəcəyini bildirib: “Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlərdə faydalı rol oynayacam”.
O bildirib ki, son 30 ildə ilk dəfə olaraq Gürcüstanın vasitəçiliyi, amerikalı tərəfdaşlar və dostların iştirakı ilə uğurlu presedent yaradılıb: “Gürcüstan dost və qardaş qonşu ölkələr arasında vasitəçi kimi çıxış etdi, bu, uğurlu əməkdaşlıq və vasitəçilik nümunəsi oldu”.







