
Ermənistan Atom Elektrik Stansiyasının yenidən təchizatı başa çatdı, amma hələlik Ermənistanın enerji sisteminə qoşulmayıb. Bunu Sputnik Armeniaya AES direktorunun birinci müavini Movses Vardanyan deyib.
Səbəbi isə əlavə yoxlamaların keçirilməsidir. Vardanyan həmçinin qeyd edib ki, AES işinin bərpası oktyabrın 10-da planlaşdırılır.
Xatırladaq ki, 2015-16-cı illərdə “Rosatom” dövlət şirkətinin dəstəyi və Rusiyanın verdiyi kreditlərlə Ermənistan AES işinin müddətini uzadılmaq üçün böyük işlər həyata keçirib.







