BaşlıcaSiyasət

Azərbaycanın gömrük məntəqəsi Ermənistan ərazisində deyil։ Paşinyan

ER hökumətinin bugünkü iclasında Ermənistanın baş naziri Nikol Paşinyan ötən gecə saat 00:00-dan etibarən Goris-Kapan avtomobil yolunda Azərbaycanın qurduğu gömrük məntəqəsinə toxunub qeyd edib ki, Azərbaycan gömrük məntəqəsi Ermənistan Respublikasının ərazisində deyil. .

“Dünən biz ER vətəndaşlarının yüklər üzərində pasport-gömrük nəzarəti həyata keçirmək planları barədə qeyri-rəsmi bildiriş aldıq”, – deyə baş nazir bildirib.

O bildirib ki, alternativ yol artıq hazırdır.

 “Sual yarana bilər: bu yolda Ermənistan Respublikasının vətəndaşları və yüklərinə sərhəd nəzarətinin tətbiq olunmaması üçün danışıqlar aparmaq olmazdımı? Olardı, amma bunu dəhliz məntiqi bahasına etmək lazım gələrdi ki, bu da bizim üçün qəbulolunmazdır”, – deyə Paşinyan deyib.

Baş nazir bir daha qeyd edib ki, Ermənistan öz ərazisindən hər hansı nəzarətsiz nəqliyyat dəhlizlərinin çəkilməsini müzakirə etmir və etməyəcək də.

Paşinyan İrandan gələn yük maşınları ilə bağlı vəziyyətin dəyişmədiyini deyib. Onlar avqustdan yoxlanılır, lakin indi əlavə gömrük rüsumları olmadan alternativ yolu seçə bilərlər.

Daha çox göstər
Back to top button