
Noyabrın 16-da Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın ER-kı səfiri Abbas Bədəxşan Zohuri ilə görüşüb.
Görüşün əvvəlində Təhlükəsizlik Şurasının katibi Ermənistan-Azərbaycan sərhədində hökm sürən operativ taktiki vəziyyəti təqdim edib.
Həmsöhbətlər həmçinin regional təhlükəsizlik və sülhə, infrastrukturun blokdan çıxarılmasına diqqəti cəmləşdirib.
Hər iki tərəf sərhəddəki gərginliyin ən qısa zamanda azaldıla biləcəyinə və sülh yolu ilə nizamlanma prosesinin başlaya biləcəyinə əmin olduğunu bildirib.







