ArtsaxBaşlıcaSiyasət

Azərbaycan tərəfindən ermənilərin hüquqlarının pozulması sistemli xarakter daşıyır: Ombudsmanı

Artsax Respublikasının Ombudsmanı İlham Əliyevin bəyanatına toxunaraq qeyd etdi ki, üçtərəfli bəyanatdan sonra Azərbaycan silahlı qüvvələrinin ermənilərə qarşı bütün hücumları, o cümlədən 2021-ci ilin oktyabrın 9-da Martakaert şəhəri yaxınlığında kənd təsərrüfatı işlərini yerinə yetirən traktorçunun öldürülməsi, 2021-ci ilin noyabrın 8-də Şuşi şəhəri yaxınlığlında gənc erməninin öldürülməsi, Artsax müdafiə ordusunun hərbçiləri istiqamətində atışmalar məqsədyönlü xarakter daşıyır və Azərbaycanın ermənilərə qarşı təqib siyasətinin davamı kimi həyata keçirilib.

2020-ci ilin sentyabr-noyabr aylarında təcavüz zamanı Artsax Respublikasının işğal olunmuş ərazilərində qalan bütün mülki şəxslər Azərbaycan silahlı qüvvələrinin nümayəndələri tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Azərbaycanın nəzarətində olan erməni hərbçilərə də ağır işgəncələr verilib, onların çoxu öldürülüb. Xilas olunan hərbçilərdən bir neçəsi Azərbaycanda qanunsuz olaraq məhkum ediliblər və bu ölkədə girovluqda saxlanılmaqda davam edirlər.

Belə cinayətkar siyasətin ilk qurbanları sovet dövründə Azərbaycanda yaşayan ermənilər oldu. 2020-ci ilin təcavüzü zamanı olduğu kimi 1990-cı illərdəki hərbi əməliyyatlar zamanı da Azərbaycan hərbçiləri nəzarətində olan ermənilərə işgəncə verib, qətlə yetiriblər.

2016-cı ilin aprelində Azərbaycanın Artsaxa qarşı başlatdığı təcavüz zamanı da azərbaycanlı hərbçilər vəhşiliklər törədiblər.

Azərbaycan prezidentinin Artsaxdakı hadisələrin “təsadüfi xarakter daşıması” ilə bağlı bəyanatı ermənilərə qarşı təqib siyasətini ört-basdır etmək məqsədi daşıyır.Məhz Azərbaycan hakimiyyətinin, o cümlədən həmin ölkənin prezidentinin açıq və məqsədyönlü təşviqi ilə ermənilərə qarşı istənilən cinayətlər, o cümlədən qətllər həyata keçirilib. Bunun bariz nümunələrdən biri də yatmış ermənini öldürən Ramil Səfərovun qərhərmanlaşdırılmasıdır.

Ermənilərə qarşı təqiblər genişmiqyaslı və sistematik xarakter daşıyır və Azərbaycan silahlı qüvvələrinin üzvləri və həmin ölkənin digər orqanları tərəfindən həyata keçirilir.

Daha çox göstər
Back to top button