Armen Sargsyan Ermənistan Ombudsmanı Arman Tatoyanla görüşüb

ER prezidenti Armen Sargsyan Ermənistan Ombudsmanı Arman Tatoyanla görüşüb
Prezident və Ombudsman Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə və sərhədyanı əhalinin problemlərinə toxundular.
Arman Tatoyan Syunik və Geğarkunik rayonlarında faktaraşdırma işinin nəticələrini, sərhəd sakinlərinin problemlərini və Azərbaycanın hərəkətləri nəticəsində onların hüquqlarının pozulması hallarını dövlət başçısına təqdim edib və hərbisizləşdirilmiş təhlükəsizlik zonasının yaradılmasının vacibliyini qeyd edib.
Tatoyan onu da bildirib ki, sərhəd sakinlərinin hüquqlarının pozulması faktları onun əməkdaşları tərəfindən mütəmadi olaraq Ermənistanda fəaliyyət göstərən beynəlxalq strukturlara, akkreditə olunmuş diplomatik nümayəndəliklərə təqdim olunur.
Prezident və Ombudsman mövcud vəziyyət, eləcə də insan hüquqları sahəsində bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







