
Ermənistan Azərbaycanla danışıqlarda heç vaxt “dəhliz” məsələsini müzakirə etməyib, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi” -nə müsahibəsində Azərbaycanın tez-tez irəli sürdüyü tələblərdən danışarkən deyib.
“Ermənistan heç vaxt “dəhliz” məsələsini müzakirə etməyib. Bu, danışıqlar masasında olmayan, lakin danışıqlar masasından kənarda olan saxta gündəmdir və bu, danışıqlar prosesinə təsir göstərir”, – Qriqoryan bildirib.
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ermənistan hakimiyyəti ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində məsələnin uzunmüddətli həllinə yönəlmiş müzakirələrə başlamağı vacib sayır.







