
Dekabrın 20-də ER Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetində “Ermənistan hərbi sənayesinin inkişafı üçün müasir çağırışlar və imkanlar” adlı 3-cü Respublika konfransı keçirilib.
Konfransın keçirilməsinin əsas məqsədi sahənin inkişafı ilə bağlı bütün maraqlı tərəflər – dövlət qurumları, alimlər və biznes nümayəndələr üçün müasir müharibənin tələblərinə cavab verən hərbi-sənaye imkanlarını müzakirə etmək və yollarını tapmaq üçün platforma yaratmaq olub.
Konfransda müasir müharibələrin mahiyyətinin dəyişməsi ilə şərtlənən yeni reallıqlar, hərbi sənayenin inkişaf meylləri və iqtisadi imkanlar hərtərəfli təhlil edilərək dəyərləndirilib.







