
Mərkəzi Seçki Komissiyası iyunun 7-də keçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.
Buna əsasən, parlamentə üç siyasi qüvvə daxil olur:
“Güclü Ermənistan” partiyalar ittifaqı, “Ermənistan” ittifaqı və “Mülki Müqavilə” partiyası.
ÇEP (Çiçəklənən Ermənistan Partiyası) 4 faizlik baryeri aşa bilməyib.
Siyahılarda yer alan seçicilərin ümumi sayı 2 milyon 503 min 990, səsvermə günü seçki məntəqəsində tərtib edilmiş əlavə seçici siyahısında seçicilərin ümumi sayı 1126, səyyar qutu ilə səs verən seçicilərin əlavə siyahısında seçicilərin ümumi sayı 1300, elektron formatda səsvermədə iştirak edən seçicilərin sayı 410, seçicilərin ümumi sayı isə 2 milyon 506 min 826 nəfərdir.
Səsvermə iştirakçılarının ümumi sayı 1 milyon 476 min 769 nəfər və ya 58.9 faiz təşkil edir.
O, həmçinin partiyaların və partiya ittifaqlarının topladığı səsləri təqdim edib:
“Mülki Müqavilə” partiyası: 49,7456 faiz – 726,819 səs
“Güclü Ermənistan” ittifaqı: 23,2710 faiz – 340,006 səs
“Ermənistan” partiyalar ittifaqı: 9.9231 faiz – 144,983 səs
“Çiçəklənən Ermənistan” partiyası: 3,9893 faiz – 58,287 səs.







