
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan “3+2” formatını müsbət qiymətləndirdi.
“Bu, ilk görüşü olub. Texniki, təşkilati, görüşün nə qədər tez-tez baş tutacağı, həmin görüşlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Daha əvvəl dediklərimiz çərçivəsində olub”,- Paşinyan qeyd etdi.
Nikol Paşinyan qeyd etdi ki, Ermənistan ümumilikdə format hökumətin proqramında göstərilən regional dialoqlarda iştirak etmək istəyinə uyğundur:
“Biz Azərbaycanla danışıqlar aparırıq, Türkiyə ilə danışıqlar aparacağıq, İranla daimi dialoqumuz var, Rusiya bizim strateji tərəfdaşımızdır. Əgər biz onlarla ayrı-ayrılıqda danışsaq, bu mühitdə dialoq aparmaq istəməmək məntiqsizlik olardı. Erməni tərəfinin başqa formatlarda müzakirə olunan məsələləri müzakirə etməyəcəyimizlə bağlı ilkin şərtinə gəlincə, burada anlaşma var, çünki heç kim istəmir ki, o müzakirə uğursuz olsun”, – Paşinyan bildirib.







