Başlıcaİctimaiyyət
Azərbaycanda ötən il koronavirusa yoluxmuş 20 hamilə qadın ölüb

Azərbaycanda son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxmuş 939 hamilə və zahı qadın yerləşdirilib ki, onlardan da 260-nın vəziyyəti kritik ağır olub.
Ölkə üzrə koronavirusa yoluxan və vəziyyəti ağırlaşan hamilə qadınların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, həkimlərin səylərinə baxmayaraq, Mərkəzə yerləşdirilən və vəziyyətləri olduqca ağır olan 260 hamilə qadından 20-nin həyatını xilas etmək mümkün olmayıb.
“Koronavirusa yoluxmuş 903 hamilə qadından 287-si övladını dünyaya gətirib, 39-u isə düşüklə nəticələnib. 577 hamilə qadının vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb.
Dünyaya gələn uşaqlardan 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib”, – məlumatda bildirilir.







