
Dənizçilik və Qlobal Strategiya Araşdırmaları Mərkəzinin rəhbəri və Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş rəhbəri Cihat Yaycı “Yeni Akit” qəzetinə müsahibəsində deyib ki, təcili “Türk ordusu”nun yaradılması zərurətdir.
Yaycı bu fikri KTMT qüvvələrinin Qazaxıstanda yerləşdirilməsi kontekstində Ermənistanın bu missiyada iştirakına toxunaraq bildirib.
“KTMT-nin himayəsində olan Ermənistan ordusunun sülhməramlı adlandırılan qüvvələri Qazaxıstana gətirən ölkələr sırasında olması bütün türk dünyasının dərs almalı olduğu hadisədir.
Məsələ odur ki, Turan ordusu dərhal yaradılmalıdır. Biz həm Qazaxıstanın gələcəyi baxımından, həm də türk dünyasının inteqrasiyası nöqteyi-nəzərindən KTMT qüvvələrinin Qazaxıstana müdaxiləsi və strategiyası məsələsindən narahatıq, xüsusən də onların arasında Ermənistan hərbçilərinin olduğunu nəzərə alsaq”.







