Başlıcaİctimaiyyət

“Azərbaycanlıların vətənpərvərliyi” – Kişi dövlət bayrağı ilə maşını silir

Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib. Bununla bağlı video sosial şəbəkədə yayılıb.

Görüntülərdə orta yaşlı kişinin əlindəki bayraqla maşının üzərindəki tozu və avtomobilin dövlət nişanını silməyi yer alıb. Videonu izləyənlər baş verən bu hadisəni qəzəblə qarşılayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb. Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan Soltan Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.

Daha çox göstər
Back to top button