
Azərbaycan XİN Fransanın xarici işlər naziri Jan-İv Lö Drianın bəyanatı ilə əlaqədar isterik qəzəb içindədir.
Parlamentdə deputatların suallarını cavablandıran Lö Drian bildirib ki, Paris Fransa prezidentliyinə namizəd Valeri Pekresin Artsaxa səfəri ilə bağlı Azərbaycan prezidentinin bəyanatlarını qəbuledilməz hesab edir.
“Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır”- deyə Azərbaycan Xarici İşlər Nazirlyinin mətbuat xidmətini rəhbəri Leyla Abdullayeva qeyd edib.







