
Fevralın 24-də Vyanada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin xüsusi nümayəndələri, ER parlamentinin sədr müavini Ruben Rubinyan səfir Serdar Kılıçla görüşüb.
Xüsusi nümayəndələr bir daha təsdiq etdilər ki, danışıqların yekun məqsədi Moskvada ilk görüşdə razılaşdırıldığı kimi, Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır.
Bununla bağlı mümkün birgə konkret addımlar barədə fikir mübadiləsi aparılıb, prosesin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıq bir daha təsdiqlənib.







