BaşlıcaSiyasət

AİHM Ermənistan və Azərbaycanın şikayətlərinə baxmayacaq

1 xəbər.am məlumatlanıdrır ki, Avropa Məhkəməsi 2014-cü ildə əsir götürülərək işgəncələrə məruz qalan Tavuş sakinləri Mamikon Xocoyan və Karen Petrosyanın işi üzrə 2014-cü ildə çıxarılan hökmdən Ermənistan və Azərbaycanın apellyasiya şikayətlərinə baxmayacaq.

AİHM şikayəti qəbul etməyib. Bu işlər üzrə qərarlar artıq icra olunur. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanı 40 min avro təzminat ödəməyə və zərərçəkmişlərin hüquqi varislərinin iştirakı ilə ibtidai araşdırma aparmağa məcbur edib.

Hökmdə günahkarlar tapılmalı və məhkəmə qarşısına çıxarılmalıdır. Noyabrın 4-də məhkəmə Ermənistan tərəfinin apellyasiya şikayətini təmin edərək, Xocoyanın  və  Petrosyanın yaşamaq, işgəncədən azadlığı, şəxsi azadlığı və toxunulmazlığı hüququnun pozulmasını tanıyaraq Azərbaycana qarşı qərar çıxarıb.

Erməni tərəfi ayrı-seçkiliyə yol verməmək hüququnun pozulmasına etiraz etmək üçün Böyük Palataya şikayət edib.

77 yaşlı Mamikon Xocoyan əsir götürüldü, sonra geri qayıtdı və az sonrasa dünyasını dəyişdi. Ona qarşı zorakılıq edilib, ona psixotrop dərmanlar və dizel yanacağı vurulub.

Əsirlikdən bir gün sonra Bakı Karen Petrosyanın ürək çatışmazlığından öldüyünü bildirdi.

Daha çox göstər
Back to top button