
Ermənistanla bağlı müəyyən proses gedir. Bu haqda Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra deyib.
“İki ölkənin xüsusi nümayəndələri Rusiyanın yaratdığı şəraitlə əlaqədar ilk görüşlərini Moskvada keçiriblər.
Antaliyada keçirilən Diplomatik Forum çərçivəsində də çox yaxşı təmaslar olub, dialoq qurulub” – deyə o, qeyd edib.
Onun sözlərinə görə, Rusiya öncədən də bu prosesi dəstəkləyib və Azərbaycan həmçinin “bu məsələni dəstəkləyir”.







