
Artsaxda Azərbaycan tərəfindən ermənilərə təzyiq, hədə-qorxu və köçürmə siyasəti davam edir. Bunu Ermənistanın Ombudsmanı Kristin Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu müddət ərzində belə soyuq hava şəraitində qazın dayandırılması ilə bağlı problemlər yaranıb. Azərbaycanın zədələnmiş qaz kəmərinin təmirinə icazə verməməsi də bunun birbaşa bir nöqtədən idarə olunan siyasət olduğuna bir daha sübutdur. Məqsəd aydındır – Artsaxın etnik təmizlənməsi, ermənilərin qovulması”, – Kristina Qriqoryan bildirib.
Bütün bunların kontekstində Azərbaycanla necə sülh yarana bilər sualına Ombudsman belə cavab verib.
O qeyd edib: “Sülhün pis şey olduğunu deyə bilmərəm, düşünürəm ki, bu, hamımızın konsensusudur, amma sülhlə bağlı sözlər əməllərlə təmin edilməlidir. Hazırda qeyd etməliyik ki, ən azı son iki həftədə baş verən hadisələr göstərir ki, sülh danışıqları üçün birbaşa mühit və fəaliyyət yoxdur, yumşaq desək, Azərbaycanın sülhdən danışması səmimi deyil”.







