BaşlıcaSiyasət

Ermənistan MDB-nin HHM Komitəsinin iclasında iştirak edəcək

İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın nümayəndə heyətləri də iştirak edəcək.

Ermənistan Müdafiə nazirliyinin nümayəndə heyəti MDB-nin Hava hücumundan müdafiə komitəsinin aprelin 12-də Qazaxıstanın Şikment şəhərində keçiriləcək iclasında iştirak edəcək.

İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə nazirliklərinin nümayəndə heyətləri də iştirak edəcək.

Qazaxıstan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasın gündəliyinə iştirakçı ölkələrin hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi və çoxtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi məsələləri daxildir.

Birgə hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi və çoxtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq, əlaqələndirmə komitəsinin və onun işçi orqanlarının ötənilki fəaliyyətinin nəticələrinə yekun vurulacaq, qarşıdakı dövrün problemləri həll olunacaq.

Daha çox göstər
Back to top button