
Aprelin 15-də ER xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə, ikitərəfli və regional gündəliyə aid məsələlər müzakirə olunub.
Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-20-də Rusiyaya rəsmi səfərinin hazırlanmasına, o cümlədən ikitərəfli sənədlər paketinin imzalanmasına xüsusi diqqət yetirilib.
Nazirlər Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində əldə edilmiş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıb, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiya üçün gələcək addımları vurğulayıblar.
Rusiyanın yardımı ilə Bakı ilə Yerevan arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərinə də toxunulub.







