BaşlıcaSiyasət

Ermənistanda Cənub Hərbi Dairəsinin Mi-8MTV və Ka-52 helikopterləri uçuşlar keçirib

Rusiya Ordusunun Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının ordu aviasiyası yüksək dağlıq ərazidə təlim uçuşları həyata keçirib.

Bu barədə Cənub Hərbi Dairəsi məlumat yayıb.

Qeyd olunur ki, rus hərbçilər Mi-8MTV və Ka-52 “Alliqator” helikopterləri ilə çətin hava və gecə şəraitində tapşırıqları yerinə yetiriblər.

Təlim uçuşlarında 120-dən çox uçuş və mühəndis heyət iştirak edib, Cənub Hərbi Dairəsinin 40-a yaxın hərbi texnikasından istifadə edilib.

Daha çox göstər
Back to top button