
Boks üzrə Azərbaycan milli komandası Ermənistanın paytaxtı Yerevanda təşkil olunacaq Avropa çempionatına qatılmayacaq.
Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qərar qurumun İdarə Heyətinin iclasında qəbul olunub.
Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasında mayda keçiriləcək seçkilər, idmançıların dünya çempionatı üçün təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq mayın 21-də start götürəcək Avropa çempionatında iştirak etməməyə qərar verilib. Yarışa mayın 31-də yekun vurulacaq.
P.S. Yaxşı, inanırıq ki, Avropa çempionatında iştirak etməmək üçün ciddi arqumentlər var. Amma Bakıda boksdan çəkinməyən erməni boksçularınmızı da xatırlayırıq.







