Tanınmış cazmenlər Ermənistana gələcəklər

Aprelin 30-da Beynəlxalq Caz Günü münasibətilə beynəlxalq səviyyədə tanınmış və populyar caz musiqiçiləri Ermənistana gələcəklər.
Ermənistanın Caz Assosiasiyasının prezidenti Kamo Movsesyan “Armenpress”-ə bildirib ki, konsertdə təkcə bizim məşhur cazmenlər və caz qrupları deyil, həm də xaricdən məşhur cazmenlər iştirak edəcəklər.
“Biz bu tədbirə mümkün qədər çox caz musiqiçisini cəlb etməyə çalışdıq. Rusiyadan, Fransadan, ABŞ-dan da qonaqlarımız var. Təkcə Rusiyada deyil, Avropa və Amerikada tanınmış çox yaxşı pianoçu və bəstəkar, erməni cazmen Toni Karapetyan dəvət olunub.
Həmin gün səhnədə dünya şöhrətli caz vokalçısı Çayna Moses də çıxış edəcək və Fransadan daha bir soydaşımız Andre Manukyan gələcək. Hamı bir səhnədə çıxış edəcək”.
O əlavə etdi ki, bizim cazda çox dərin köklərimiz var. “1938-ci ildə bizim artıq rəsmi olaraq öz ənənələri və təkcə Ermənistanda deyil, bütün dünyada məşhur olan musiqiçiləri ilə caz qrupu var idi. Erməni cazı bu gün dünyada erməni folklor elementləri ilə məşhurdur. Dünya erməni musiqiçilərini və erməni cazını tanıyır”.







