BaşlıcaSiyasət

Suren Papikyan cəbhə xəttində olub

Aprelin 28-də Ermənistanın müdafiə naziri Suren Papikyan respublikanın cənub istiqamətində yerləşən hərbi hissələrə işgüzar səfər edib.

Cəbhə xəttinin yüksək məntəqələrində müdafiə naziri döyüş növbətçiliyinin şəraiti ilə tanış olub, hərbi qulluqçularla söhbət edib. Hərbi birliyin komandiri, general-mayor Artak Budağyan cəbhə xəttinin möhkəmləndirilməsi istiqamətində görülən işləri təqdim edib.

Səfər çərçivəsində Suren Papikyan 3 aylıq təlim-məşq toplanışına cəlb olunmuş və cəbhə xəttində növbətçi olan şəxsi heyətlə görüşüb. Nazir xidmət şəraiti, hərbçilərin əhval-ruhiyyəsi ilə maraqlanıb və Vətənin müdafiəsində fəal iştiraklarına görə onlara təşəkkür edib.

Müdafiə naziri nöqsanların qısa müddətdə aradan qaldırılması üçün hərbi hissələrin komandirlərinə konkret tapşırıqlar verib.

Daha çox göstər
Back to top button