
Mayın 23-də ER Xarici işlər naziri Ararat Mirzoyan ilə RF Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Telefon danışığı zamanı 2020-ci il noyabrın 9-na, 2021-ci il yanvarın 11-nə və noyabrın 26-na olan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinə toxunulub.
Ermənistan və Rusiya Xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.
Onlar həmçinin regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsinə toxunublar.
Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında regional sülh və sabitliyin bərqərar olması prosesinə dair Ermənistan Respublikasının mövqeyini bir daha təsdiqləyib.
Ermənistan-Rusiya əməkdaşlığının ikitərəfli və çoxtərəfli gündəliyi ilə bağlı məsələlər də müzakirə edilib, müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəlmiş addımlar ətrafında fikir mübadiləsi aparılıb.







