BaşlıcaSiyasət

Rusiya səfiri Syunikdə olub

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin Syunik bölgəsində olub.

Səfir Kopirkin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin İdarəsinin rəhbərliyinin müşayiəti ilə 2020-ci ilin noyabrında Yerasx yaşayış məntaqəsi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən Mi-24 helikopterinin həlak olan ekipaj üzvlərinin xatirəsini ehtiramla yad edib.

Səfir, həmçinin Ermənistan Respublikasının sərhədinin Paruyr Sevak və Teğ sərhəd-keçid məntəqələrində də olub, Rusiya sərhədçiləri ilə görüşüb, onların gündəlik və döyüş hazırlığının xüsusiyyətləri ilə tanış olub.

Səfir Syunik rayonunun Kapan şəhərində də olub. Kapanda səfəri şəhər icra hakimiyyətinin nümayəndələri qəbul edib və sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsinə verdiyi dəstəyə, eləcə də regionda təhlükəsizliyin təmin edilməsində sərhədçilərin iştirakına görə Rusiyaya təşəkkür ediblər.

Kopirkin Kapan hava limanı yaxınlığında yerləşən Rusiya sərhədçilərinin mövqelərinə də baş çəkib.

Meğri sərhəd dəstəsinin rəisi polkovnik Burştin diplomatik nümayəndəliyin rəhbərinə Ermənistan sərhədinin bu hissəsindəki operativ vəziyyətin xüsusiyyətlərini təqdim edib.

Daha çox göstər
Back to top button