BaşlıcaSiyasətTəhlil

ATƏT-in Minsk Qrupu var, Artsax münaqişəsi var – Hamı bir yana, Bakı digər yana

Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli və ATƏT-in Minsk Qrupu mandatının başa çatmasından danışdığı halda, MQ-yə üzv olan hər üç dövlət öz növbəsində buna qarşı çıxır, eləcə də müxtəlif beynəlxalq platformalarda verilən bəyanatlar Əliyevin bəyanatları ilə ziddiyyət təşkil edir. Belə çıxır ki, bununla bağlı bütün fikirlər bir tərəfdədir, Bakının dediyi isə bunun tam əksidir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ATƏT-in Minsk Qrupu barədə

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Karen Donfrid Yerevana işgüzar səfəri zamanı daha bir əsas məqamı vurğuladı: ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə əlaqələri kəssə də, ATƏT-in Minsk Qrupu ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 22-də keçirdiyi həftəlik brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin ATƏT-in Minsk Qrupu haqqında dediklərini şərh edib:

“İcazə verin, Karen Donfridin bəyanatının səmimiliyinə şübhə bildirim. Əgər Vaşinqton və Paris ATƏT-in Minsk qrupu həmsədrləri kimi unikal formatı həqiqətən də mühüm saysaydılar, bütün üzv dövlətlər tərəfindən təsdiq olunmuş mandatlarına etinasızlıq göstərməzdilər. Onlar fevralın 24-dən nümayişkəranə şəkildə, heç bir məsləhətləşməsiz rusiyalı həmsədrlə əlaqəni kəsiblər”.

Mariya Zaxarova daha sonra deyib: “Bununla da “üçlüyün” işinə bir çox mənalarda düzəlməz ziyan vurulub. İndi isə onlar belə şeylər deyirlər. Bu hiddətdoğuran hərəkətin səbəblərinə dair anlaşıqlı bir izahat verilməyib. Eynilə buna da zəmanət yoxdur ki, belə məsuliyyətsiz hərəkətlər təkrar olunmayacaq. Özümüzü heç nə baş verməyibmiş kimi apara bilmərik. Yeni reallıqları nəzərə almaq lazım gələcək”.

Zaxarova qeyd edib ki, Qərb Rusiyanı bütün dünyadan təcrid etmək yolunu tutub:

“Amma onlar səhvə yol veriblər, öz konsepsiyaları ilə yenidən iflasa uğrayıblar. Xarici aləm təkcə Avroatlantika məkanı ilə məhdudlaşmır”.

“Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır. Buna görə də, imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın”.

O vurğulayıb ki, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək.

Məsələnin həlli ilə bağlı Parisin bəyanatı

Fransa həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz rolunu müxtəlif hallarda bir daha təsdiqləyir. Parisdə Paşinyanla görüşündə Makron Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində hərtərəfli həlliə əhəmiyyət verib. Bundan əlavə, sonrakı bəyanatında Fransa Xarici İşlər Nazirliyi həm ikitərəfli əsasda, həm də Aİ Şurasının sədri və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Cənubi Qafqazda sülh və sabitliyin təşviqinə sadiqliyini bir daha təsdiqləyib.

Fransanın Ermənistandakı səfiri Ann Luis Bakının Qarabağ məsələsinin olmadığı, Minsk Qrupunun heç bir əlaqəsi olmadığı tezisinə istinad edərək, bildirib: “Zəhmət olmasa, cənab Makronun cavabına diqqət yetirin, o, əmin etdi ki, bəli, problem var, bu problem hələ də həll olunmalıdır”.

Vaşinqton Dövlət katibinin müavininin simasında formata sadiqliyini bir daha təsdiqləyib

ABŞ dövlət katibinin müavini Karen Donfrid qeyd edib ki, Azərbaycan Minsk Qrupunun həmsədrliyini dəstəkləməsə də, ABŞ prosesi dəstəkləyir, iştirak edir və bundan sonra da iştirak edəcək. ABŞ dövlət katibinin müavini bildirib ki, Azərbaycan prezidenti ilə görüşündə Minsk Qrupu məsələsini də qaldırıb.

MQ üzvü olan bütün 3 dövlət və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını və yeganə vasitəçilik mandatına malik olan ATƏT MQ formatında həll edilməli olduğunu vurğulayırlar. Lakin Azərbaycan prezidenti mütəmadi olaraq bunun əksini iddia edir.

Rəsmi Yerevan bütün diplomatik və siyasi platformalardan və görüşlərdən istifadə edərək bildirir ki, Bakının Dağlıq Qarabağ münaqişəsinin olmadığını iddia etməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri və bir çox başqa dövlətlər Ermənistan tərəfinin mövqeyini bölüşürlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır: “Bu məsələ danışıqlar yolu ilə ATƏT-in Minsk Qrupunun mandatı ilə hərtərəfli həll edilməlidir”.

Ekspertlərin fikrincə isə, Avropa strukturları, Aİ və ya Avropa Şurası Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz və həmin mandatlı struktur bununla məşğul olmalıdır.

Daha çox göstər
Back to top button