BaşlıcaSiyasət

Türkiyə şirkəti Azərbaycan Müdafiə nazirliyini məhkəməyə verib

Türk Öztek Tekstil Terbiye Tesisleri San. və Tic. AŞ tekstil şirkəti Azərbaycan Müdafiə nazirliyinə qarşı borc iddiasını İstanbul məhkəməsinə təqdim edib.

Bu haqda Türkiyə KİV-i məlumatlandırıb.

Şirkət iddia edir ki, hazırlanmış parça üçün Azərbaycan Müdafiə nazirliyindən 157 min dollar ala bilməyib.

2015-ci ildə bağlanmış müqaviləyə əsasən, Türkiyə şirkəti 2017-ci ildən Azərbaycan Müdafiə Nazirliyinə hərbi geyimlər üçün parça tədarük edir, lakin satılan mallara görə pul ödənilmir.

Borcun tənzimlənməsi üzrə danışıqlar nəticəsiz qaldıqdan sonra türk şirkəti məcburən məhkəməyə müraciət edib.

Azərbaycan tərəfi iddiaçının tələbləri ilə bağlı mövqeyini təqdim etmədiyi üçün məhkəmə iclası cari ilin noyabr ayının ortalarına qədər təxirə salınıb.

Daha çox göstər
Back to top button