
ATƏT Azərbaycanın silahlı qüvvələrinin Artsaxın mövqeləri istiqamətində hücumuna reaksiya verib. “Cənubi Qafqazda qeydə alınan silahlı insidentlərdən və itkilərdən son dərəcə narahatıq.
Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq.
Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməyə sadiq qalırıq”- deyə ATƏT-in Polşa sədrliyi Tvitter səhifəsində yazıb.
Xatırladaq ki, avqustun 3-də saat 09:00-dan başlayaraq Azərbaycan bölmələri Müdafiə Ordusu mövqeləri istiqamətində qumbaraatanlardan və zenit-raket komplekslərindən və PUA-dan istifadə etməklə atəşkəs rejimini kobud surətdə pozub. Erməni tərəfinin itkiləri və yaralıları var.







