BeynəlxalqEkonomika

Tezliklə biz yalnız mineral məhsullar ixrac edən ölkə imicinə son qoyacağıq: Kerobyan

Ermənistandan ixracın strukturunda mineral məhsulların payı xeyli azalıb. . Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirdi.

O qeyd etdi ki, ilin 7 ayının yekunları üzrə iqtisadi aktivlik göstəricisi 13,1 faiz artıb və bunu kifayət qədər yüksək göstərici hesab olunur.

“Fikrimizcə, buna təkcə geosiyasi dəyişikliklər deyil, həm də Ermənistan Respublikasının iqtisadiyyatında baş verən daxili struktur dəyişiklikləri səbəb olur”,- deyə nazir qeyd etdi.

Kerobyan vurğulayıb ki, bu, Ermənistanın iqtisadi strukturunun dəyişməsini nəzərdə tutur.

Nazir qeyd etdi ki, ixrac strukturunda mineral məhsulların payı xeyli azalaraq 30 faizə düşüb. Bu, həm də ümid verir ki, biz tezliklə yalnız mineral məhsullar ixrac edən ölkə imicinə son qoyacağıq.

Daha çox göstər
Back to top button