BaşlıcaSiyasət

ER MN:  “Ölənlər və yaralılar var”

Sentyabrın 13-də saat 00:05 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri artilleriya, minaatanlardan,PUA-dan  və zenit qurğularından da istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin bir neçə hissəsində yerləşən erməni mövqelərini dərhal intensiv atəşə tutub.

O cümlədən, Sotk, Vardenis, Qoris, Kapan, Ardanış  və İşxanasar istiqamətində yerləşən mövqelər atəşə tutulub. Mülki infrastrukturlara da hücum edilib.

Ermənistan Respublikası Silahlı qüvvələrinin bölmələri qarşılarına qoyulan döyüş tapşırıqlarını tam şəkildə yerinə yetirirlər.

Azərbaycan Müdafiə nazirliyinin atışmanın Ermənistan tərəfindən başlaması ilə bağlı iddiaları tamamilə yalandır.

Üstəlik, Azərbaycanın hərbi-siyasi rəhbərliyi son günlər bu təxribat üçün açıq-aşkar informasiya bazası hazırlayırdı ki, bunu guya erməni tərəfinin atəşə tutması ilə bağlı hər gün dərc olunan dezinformasiyalar sübut edir.

Bütün bu hallarda olduğu kimi, sonuncu genişmiqyaslı təxribatda da Azərbaycan silahlı qüvvələrinin təşəbbüsü olub.

Erməni tərəfininitkiləri  və yaralıları var. Məlumatlar yoxlanılır.

Müdafiə nazirliyi vəziyyətin inkişafı ilə bağlı mütəmadi hesabatlar verəcək. Sizi döyüş əməliyyatlarını əks etdirən videoları dərc etməkdən çəkinməyə və rəsmi xəbər lentini izləməyə çağırırıq.

Daha çox göstər
Back to top button