Başlıcaİctimaiyyət

Avropa məhkəməsi Azərbaycan üzrə 5 yeni qərarını elan edib

Sentyabrın 29-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş 26 şikayət üzrə 5 yeni qərarını elan edib. Bu barədə aihmaz.org saytı bildirib.

“Sarıyev və 14 başqa ərizəçi  Azərbaycana qarşı” işində ərizəçilər toplaşmaq hüquqlarının (maddə 11) pozuntusundan şikayət ediblər. Kommunikaya mərhələsində tərəflər dostca anlaşma bağladıqlarına görə Avropa İnsan Hüquqları Məhkəməsi  ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Anlaşmaya görə, hökumət 15 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 39 000 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 6000 avro ödəyəcək.

“Şahhüseynov və 7 başqa ərizəçi Azərbaycana qarşı” işi də toplaşmaq hüququnun pozuntusu iddiaları ilə bağlı idi. Bu işdə də tərəflər kommunikasiya mərhələsində anlaşıblar.

Anlaşmaya görə, hökumət 8 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 20 800 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 1000 avro ödəyəcək.

“Elçin Rəşidov Azərbaycana qarşı” işi daxili məhkəmə qərarlarının icra edilməməsilə bağlı olub.

Kommunikasiya mərhələsində tərəflər dostca anlaşdıqlarına görə, Avropa İnsan Hüquqları Məhkəməsi  baxılacaq işlər siyahısından çıxarılmasına qərar verib. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3250 avro ödəyəcək.

Digər iki iş üzrə şikayət qəbuledilməz elan edilib.

Daha çox göstər
Back to top button