BaşlıcaSiyasət

Buriç erməni hərbi əsirlərin güllələnməsi ilə bağlı dəqiq məlumat tələb edib

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məktub göndərərək ondan azərbaycanlı hərbçilər tərəfindən erməni hərbi əsirlərin güllənməsi video ilə bağlı Azərbaycan hakimiyyətinin atdığı addımlar barədə ətraflı və dəqiq məlumat verməsini xahiş edib.

“Son zamanlar daxil olan həyəcanlı və dəhşətli xəbərləri nəzərə alaraq, mən sizin nazirlikdən Avropa İnsan Hüquqları Konvensiyasının 2 və 3-cü maddələri ilə irəli sürülən ittihamlarla bağlı Azərbaycan hakimiyyətinin gördüyü tədbirlərlə bağlı ətraflı və dəqiq məlumat tələb etməyə borcluyam”,- deyə qeyd olunub.

O qeyd etdi ki, Avropa Şurası bu məsələdə Avropa İnsan Hüquqları Konvensiyasının mandatına uyğun olaraq ardıcıl addımlar atacaq.

Buriç qeyd etdi ki, Avropa Şurasına üzv dövlətlər arasında fikir ayrılıqlarının sülh danışıqları yolu ilə həll olunmalıdır.

Daha çox göstər
Back to top button