Başlıcaİctimaiyyət
Ermənistanda sayca 3-cü siyahıyaalma keçiriləcək

Oktyabrın 13-23-də Ermənistanda siyahıyaalma keçiriləcək. Bu, müstəqil Ermənistanda keçirilən üçüncü siyahıyaalmadır.
Xatırladaq ki, müstəqillik əldə etdikdən sonra ilk siyahıyaalma 2001-ci ildə aparılıb. Keçirilən ilk siyahıyaalmanın nəticələrinə görə, Ermənistanda daimi əhalinin sayı 3 milyon 213 min 11 nəfər təşkil etdi.
On il sonra, 2011-ci ildə Ermənistanda ikinci siyahıyaalma keçirildi, onun nəticələrinə görə respublikanın daimi əhalisinin sayı 3 milyon 18 min 854 nəfər təşkil etdi.
Ermənistanda üçüncü siyahıyaalınma 2021-ci ildə keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbindən bir il təxirə salındı.







