Başlıcaİdman

FFA: “Ermənistan yığmasına Aleksandr Petrakov rəhbərlik edəcək”

Ermənistan millisinə ukraynalı mütəxəssis Aleksandr Petrakov rəhbərlik edəcək. Bu haqda FFA-nın rəsmi saytı məlumat yayıb.

“Yanvarın 14-də FFA İcraiyyə Komitəsinin iclası keçirilib, iclasda Ermənistan millisinin baş məşqçisi təyin olunması məsələsi müzakirə olunub.

1,5 saatlıq müzakirələrdən sonra Ukrayna millisinin sabiq baş məşqçisi Aleksandr Petrakov , təklif olunan namizədlər arasından seçilib” – deyərək mesajda deyilir.

Aleksandr Petrakov 1957-ci il avqustun 6-da  Kiyevdə anadan olub.

Petrakov məşqçilik karyerası ərzində Ukraynanın müxtəlif yaş qruplarını çalışdırıb.

Petrakovun rəhbərlik etdiyi Ukraynanın 19 yaşadək futbolçulardan ibarət komandası 2018-ci ildə Avropa çempionatında yarımfinala yüksəlib, 2019-cu ildə isə Petrakovun rəhbərlik etdiyi Ukraynanın U-20 yığması 20 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının çempionu olub.

Daha çox göstər
Back to top button