
Parlamentin spikeri Alen Simonyan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarından sonra azərbaycanlı “ekoloqlar” tərəfindən Laçın dəhlizinin bağlanmasına toxunub.
“Birmənalı olaraq bundan bütün beynəlxalq instansiyalarda bizim tərəfimizdən istifadə olunacaq və mən Azərbaycanın buna sevinəcəyini düşünmürəm. Ən azı, söz verirəm ki, onlar bundan xoşbəxt olmayacaqlar”- deyərək Alen Simonyan bildirib.
Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı nikbin bəyanatlarına toxunan Simonyan qeyd edib.
“Biz uzun müddətdir ki, sülh müqaviləsi imzalamağa hazırıq və bu barədə dəfələrlə demişik. Amma Azərbaycanın daim irəli sürdüyü yeni təkliflər və sərhəddəki vəziyyət sülh müqaviləsinin tezliklə bağlanmasını problemə çevirir.
Lakin biz hər şeyi edəcəyik və sülh müqaviləsinin imzalanması istiqamətində mümkün qədər tez hərəkət edəcəyik.







