
Artsaxda yerləşən Rusiya sülhməramlı kontinqentinin komandanlığının vasitəçiliyi və iştirakı ilə bu gün Artsax Respublikası və Azərbaycan Respublikasının rəsmi nümayəndələrinin növbəti görüşü keçirilib. Bu barədəArtsax Respublikası Prezidentinin mətbuat katibi Lusine Avanesyan “Artsakhpress”lə söhbətində bildirib və qeyd edib ki, humanitar və infrastruktur məsələləri, xüsusən də Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinin bərpası, Ermənistandan Artsaxa elektrik enerjisinin verilişinin bərpası, təbii qazın fasiləsiz təchizatı, eləcə də Kaşen mədəninin istismarı ilə bağlı məsələlər müzakirə edilib.
“Gündəlikdə başqa məsələ yox idi. Göründüyü kimi, görüş konstruktiv keçdi və ümid edirik ki, nəticələr özünü çox gözlətməyəcək”, – deyə Avanesyan bildirib.
Artsax və Azərbaycan nümayəndələrinin daha bir görüşü fevralın 24-də Rusiya sülhməramlı kontinqentinin komandanlığının vasitəçiliyi ilə keçirilmişdi.







